ABŞ və İsrailin Qəzza ilə bağlı planı

 14:06 01.11.2023     232

ABŞ və İsrail HƏMAS-ın ləğvindən sonra Qəzza zolağına çoxmillətli qüvvələrin göndərilməsi imkanını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ və İsrail Qəzzanın gələcəyi ilə bağlı variantları, o cümlədən İsrail qüvvələrinin HƏMAS-ı devirməkdə uğur qazanacağı təqdirdə ABŞ hərbçilərinin də daxil ola biləcəyi çoxmillətli qüvvələrin Qəzzaya yerləşdirilmə imkanlarını nəzərdən keçirir. Tərəflər həmçinin ABŞ, İngiltərə, Fransa və Almaniya qoşunlarının dəstəyi ilə anklav üzərində müvəqqəti nəzarətin region ölkələrinə verilməsi imkanlarını da müzakirə edir”, - mənbə bildirib.