"Biz 1000-dən çox patrul həyata keçirmişik və..." - Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri

 13:55 01.11.2023     261

Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos Yexeqnadzorda Avropa İttifaqının Ermənistandakı Mülki Müşahidə Missiyasının mənzil-qərargahının açılış mərasimini keçirib.

Redaktor.az bu barədə "Hraparak"a istinadən xəbər verir.

Mərasimdə çıxış edən Vasilis Maraqos bildirib ki, bu, Aİ-nin Ermənistandakı missiyasının tam başlanğıcıdır:

"Bu ilin fevralında fəaliyyətə başlayandan bəri Aİ missiyası Ermənistanın sabitliyinə dəyərli töhfə verib. Biz 1000-dən çox patrul həyata keçirmişik və hər gün minlərlə kilometr qət etmişik, inam yaratmışıq və bununla da Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə töhfə vermişik”, - deyə Maraqos bildirib.

NƏRGİZ