Ermənistan Ali Məhkəmə Şurasına ayrılacaq vəsaiti ARTIRIR
2024-cü ildə Ermənistan Ali Məhkəmə Şurasının ehtiyaclarını ödəmək üçün dövlət büdcəsindən 18,928 milyard dram ayrılacaq.
Redaktor.az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında deyib.
Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 2,2 milyard çoxdur: “Vəsaitlər əsasən cari ehtiyaclara xərclənəcək. Cəmi 1 milyard 92 milyon dram əsaslı xərclərə gedəcək”, - Hovhannisyan bildirib.
NƏRGİZ