Vuçiç gözlənilən təzyiqlər barədə xalqa xəbərdarlıq etdi - Serbiyada NƏ BAŞ VERİR?

 15:15 01.11.2023     467

Serbiya prezidenti Aleksandar Vuçiç fərmanla Milli Məclisi buraxıb və dekabrın 17-nə növbədənkənar parlament seçkiləri təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiyanın "RTS" kanalı bildirib.

“Biz bütün dünya üçün çətin günlər yaşayırıq. Qlobal çağırışlar, müharibələr, münaqişələr və s. Biz hamımız həyati vacib milli və dövlət maraqlarını qorumaq üçün mübarizədə birləşməliyik”, - deyə Vuçiç videomüraciətində Kosovo məsələsi ilə bağlı ölkəyə qarşı gözlənilən təzyiqlər barədə xəbərdarlıq edib.

Bildirək ki, bundan əvvəl, oktyabrın 30-da Serbiya hökuməti Vuçiçə Milli Assambleyanın buraxılması və deputatlar üçün yeni seçkilərin təyin edilməsini təklif etmişdi.

Hakimiyyət yeni seçkilərin keçirilməsi səbəbini bir çox “cəmiyyət hissələrinin”, eləcə də müxalifət partiyalarının xahişi ilə əlaqələndirib.

NƏRGİZ