"Yaxın Şərqdəki vəziyyətə görə ABŞ məsuliyyət daşıyır"

 15:44 01.11.2023     595

“Yaxın Şərqdəki müharibə ən yaxın vaxtda başa çatmasa, idarəolunmaz vəziyyət yaranacaq”.

Redaktor.az xəbər verir ki, bunu Ankarada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, vəziyyətə görə ABŞ məsuliyyət daşıyır: “ABŞ hazırda baş verənlərə, o cümlədən ölümlərə görə məsuliyyət daşıyır. ABŞ bu məsuliyyətdən yayına bilməz".