Ukrayna Krıma irimiqyaslı hücuma keçdi - Zərbələr endirilir
Ukrayna ordusuna məxsus 4 Su-24 qırıcısı ötən gecə Krım yarımadasına zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Xerson vilayətinin başçısı Vladimir Saldo öz Telegram səhifəsində bildirib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (AFU) Krıma qarşı kütləvi hücumunu dəf edib.
“Düşmənin Krıma uçan təyyarələrdən atdığı 7 raket Xerson vilayətinin ərazisi üzərində vurulub.
Onun sözlərinə görə, raketlərin əksəriyyəti havada məhv edilib, ikisi Arabat ərazisində partladılıb. Düşmən keçməyəcək!" - Saldo yazıb.
Daha əvvəl “Biz Rusiya ilə birlikdəyik ” hərəkatının rəhbəri Vladimir Roqov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində Rabotino yaxınlığında bir gündə 150 nəfəri itirib. Bundan əlavə, Ukraynanınm beş zirehli döyüş maşını, iki haubitsa və altı pikap itirdiyi də bildirilir.