"ABŞ və Avropa İttifaqının mövqeyi İsraili qırğınlar törətməyə təşviq edir" - Suriya

 15:47 01.11.2023     231

Suriya Xarici İşlər Nazirliyi İsrailin beynəlxalq humanitar hüququ pozmasını pisləyir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

İsrail Qəzza zolağında Cəbəliyə qaçqın düşərgəsini bombalayaraq, 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olmaqla yeni hərbi cinayət törədib.

Sənəddə qeyd edilir ki, “Suriya İsrailin beynəlxalq humanitar hüququ və insan haqlarını pozmasını pisləyir və bundan çox narahatdır.

ABŞ və Avropa İttifaqının tutduğu mövqe İsrailin işğalçı rejimini qırğınlar törətməyə təşviq edir. Cenevrə konvensiyalarına zidd olaraq yüzlərlə fələstinliyə qarşı törədilənlər cəzasız qalır”.

Sənəddə deyilir ki, “Yəhudi dövləti özünümüdafiə hüququ bəhanəsi ilə Qəzzada xəstəxanaları, qaçqın düşərgələrini və bütün yaşayış məntəqələrini dağıtmağa davam edir. Suriya ümumbəşəri dəyərləri müdafiə edən bütün xalqları İsrail cinayətlərinə son qoymaq və Yaxın Şərqdə sülh və sabitlik bərqərar etmək üçün mübarizələrini gücləndirməyə çağırır”.

NƏRGİZ