ÜST Misirin bu qərarını ALQIŞLADI

 17:01 01.11.2023     294

ÜST Misirin Qəzza zolağından gələn yaralıları müalicə etmək qərarını alqışlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nın Cenevrədə dərc olunan bəyanatında deyilir.

 "ÜST Misirin Qəzza zolağından olan 81 yaralı və xəstəni müalicə etmək qərarını alqışlayır", - təşkilat qeyd edib.

Bəyanatda deyilir ki, "Qəzza zolağında daha minlərlə insanın dərman, tibbi ləvazimat və yanacaq, su və qida kimi digər yardımların çatışmazlığı fonunda əsas xidmətlərə təcili çıxışa ehtiyacı var. Xüsusilə, mindən çox insanın böyrək dializinə, 2 mindən çoxunun isə xərçəngin müalicəsinə ehtiyacı var. Qəzza zolağında ürək-damar xəstəlikləri olan 45 min, şəkərli diabetdən isə 60 mindən çox insan əziyyət çəkir. Bu xəstələrin Qəzza daxilində müalicəyə davamlı çıxışı olmalıdır".

Təşkilat ölkələri Qəzza zolağına yanacaq, su, qida və tibbi ləvazimatlar daxil olmaqla humanitar yardımların təcili çatdırılmasına çağırıb.

NƏRGİZ