Fransa Transxəzər dəhlizində iştiraka hazırdır - Makron
Qazaxıstan Asiya və Aralıq dənizi arasında Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında fransız mütəxəssisələrin fəal iştirakına arxalana bilər.
Redaktor.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşündə deyib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında əməkdaşlıq üçün yaxşı əsaslar qoyulub, lakin bu prossesi sürətləndirmək lazımdır.