Qəzza zolağını tərk edən ilk Alman VƏTƏNDAŞLARI
Almaniya Xarici İşlər Nazirliyi ilk Almaniya vətəndaşlarının Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah keçid məntəqəsindən keçərək Qəzza zolağından çıxdığını bildirib.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
"Gərgin səylərdən sonra Qahirədəki səfirliyimizin əməkdaşları yenicə ilk almanları Rəfah sərhəd-keçid məntəqəsinə qəbul edə biliblər. Bunlar beynəlxalq humanitar təşkilatların əməkdaşlarıdır. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik", - Almaniya Xarici İşlər Nazirliyi bildirib.
Yusif EYVAZLI