Dünyanın ən varlı adamlarının sərvəti AZALDI
Dünyanın ən varlı on adamının sərvətləri son bir ayda təxminən 50 milyard dollar azalıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Beləliklə, dünyanın ən varlı adamı, Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask sərvətinin 14 faizini təşkil edən 35 milyard dollar itirib. Bu, Tesla səhmlərinin 20 faiz azalması səbəbindən baş verib.
Öz növbəsində, Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton ) sahibi , reytinqdə ikinci yeri tutan Bernard Arnault oktyabrda qrupun payının beş faiz azalması səbəbindən 10 milyard dollar yoxsullaşıb.
Proqram təminatı maqnatı Larri Ellisonun sərvəti də azalıb . Oracle korporasiyasının yaradıcısı ən varlı adamlar reytinqində dördüncü yeri qoruyub saxlasa da, son bir ayda Oracle səhmlərinin üç faiz azalması səbəbindən beş milyard dollar itirib.
Bu arada ekspertlər qeyd ediblər ki, Meta-nın həmtəsisçisi və baş direktoru Mark Zukerberin sərvəti təxminən 300 milyon dollar artıb və 106,9 milyard dollar qiymətləndirilir. Zukerberq Facebook, Instagram və WhatsApp-a sahib olan Meta Platforms-un səhmlərinin artımı sayəsində reytinqdə səkkizinci yerdən yeddinci yerə yüksəlib.
Yusif EYVAZLI