Blinken İsrail və İordaniyaya səfər EDƏCƏK

 22:16 01.11.2023     286

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrail və İordaniyaya səfər edəcək. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

"Dövlət katibi Blinken cümə günü İsrailə və İordaniyaya səfər edəcək. O, İsrailin baş naziri Benyamin Netanyahu və digər İsrail hökumət liderləri ilə görüşərək, onların hərbi məqsədləri və bu məqsədlərə nail olmaq planları haqqında məlumat əldə edəcək", - Miller bildirib. 

Yusif EYVAZLI