HƏMAS-ın tank əleyhinə bölmə komandiri öldürüldü
srail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS-ın silahlı qüvvələrinin tank əleyhinə bölməsinin komandiri öldürülüb.
Redaktor.az bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
Kəşfiyyat məlumatlarına əsasən, İDF-nin qırıcısı Qəzza zolağında HƏMAS-ın tank əleyhinə bölməsinin rəhbəri Məhəmməd Asarı vurub.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb (report).