Nigeriyada silahlılar 40 kənd sakinini ÖLDÜRDÜ

 23:36 01.11.2023     270

Nigeriyanın şimal-şərqindəki Yobe əyalətində bir kənddə iki gün ərzində ən azı 40 nəfər Boko Haram silahlıları tərəfindən öldürülüb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə əyalət polisinin sözçüsü Əbdülkərim Dungus məlumat verib.

"Oktyabrın 30-u və 31-də Quurokaya kəndinə hücumlar baş verib, azı 40 sakin həlak olub", - deyə o, bildirib.

Qərbi Afrikadakı ən böyük radikal islamçı terror qruplaşması olan Boko Haram 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. 2015-ci ildə Nigeriya hökumət qüvvələri onu böyük məğlubiyyətə uğradıb və nəzarəti altında olan ərazini xeyli azaldıb.

Yusif EYVAZLI