ABŞ Çin dronlarının alışına QADAĞA qoyur

 09:20 02.11.2023     251

ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə Komitəsi ölkə hökumətinə Çindən dron almağı qadağanı nəzərdə tutan qanun layihəsi təqdim edib.

Redaktor.az RBC-yə istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan komitənin rəhbəri Mayk Qallagerin mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsi ABŞ-nin xaricdə istehsal olunan dronlardan asılılığını azaltmağı nəzərdə tutur.

Qeyd edək ki, sentyabr ayında Çin milli təhlükəsizlik və maraqları qorumaq məqsədilə dronların istehsalı üçün avadanlıqların ixracını məhdudlaşdırıb. Hərbi məqsədlər üçün nəzərdə tutulmayan bəzi dronlar ixrac nəzarəti altına düşüb. Çinin DJI şirkəti ABŞ-da satılan dronların yarıdan çoxunu idxal edib.