Bu ölkədə “balıq günləri” təsis edildi
Yaponiyanın Balıqçılıq Agentliyi ölkədə dəniz məhsullarına daxili tələbatın genişləndirilməsinə kömək etmək üçün nəzərdə tutulan aylıq “balıq günləri”nin təsis edildiyini elan edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, hər ayın 3-dən 7-nə kimi “balıq günləri” keçiriləcək.
Bu addım əsasən Çinə dəniz məhsullarının tədarükünə tam qadağanın nəticələrinin aradan qaldırılmasına yönəlib.
Humay İSGƏNDƏRLİ