HƏMAS İsrailin tank və zirehli maşınlarına hücum etdi

 09:46 02.11.2023     248

Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadalarının üzvləri Qəzza zolağının şimal-qərbində İsrail ordusunun bir tankına və iki zirehli maşınına hücum edib.

Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir.

Çərşənbə günü axşam İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənub və şimal-qərb hissələrində İsrail hərbçiləri ilə yeni toqquşmaların baş verdiyini bildirib. İddialara görə, onlar düşmənin ən azı üç hərbi maşınını, o cümlədən bir tankını məhv edə biliblər.

Həmidə İBRAHİMLİ