Pentaqon Yaxın Şərqə daha 300 əsgər göndərəcək

 09:50 02.11.2023     370

İsrail və HƏMAS arasında münaqişə fonunda ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına hücumlar demək olar ki , hər gün artdığı üçün Pentaqon Yaxın Şərqə daha 300 əsgər göndərəcək.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Pat Ryderin sözlərinə görə, əlavə qüvvələr partlayıcı sursatların zərərsizləşdirilməsi, rabitə və regionda olan qoşunları dəstəkləmək məqsədi ilə digər vasitələrə kömək etmək üçün nəzərdə tutulub.

O vurğulayıb ki, ordu İsrailə getməyəcək, lakin ABŞ-a düşmən olan qüvvələrin qarşısını almaq üçün regional səyləri dəstəkləmək niyyətindədir.

Humay İSGƏNDƏRLİ