Ərdoğan bu gün Qazaxıstana gedir

 10:00 02.11.2023     234

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana rəsmi səfərə yollanacaq.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri Astanada Türk Dövlətləri Təşkilatının X Zirvə görüşündə iştirak edəcək. 

Ərdoğanın Qazaxıstanda ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Onun Astanaya səfəri 2 gün davam edəcək.