Bayden İsrail və HƏMAS-a çağırış etdi

 10:18 02.11.2023     246

ABŞ prezidenti Co Bayden girovları azad etmək üçün Qəzzada döyüşləri dayandırmağa çağırır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Bayden bu barədə Minneapolisdə keçirilən siyasi ianə aksiyası zamanı danışıb.

"İsrail və Fələstinin radikal HƏMAS hərəkatı tam atəşkəsdənsə, Qəzza zolağında qruplaşmanın yaraqlıları tərəfindən saxlanılan girovların azad edilməsinə vaxt vermək üçün hərbi əməliyyatları qismən dayandırmalıdır",- deyə Bayden bildirib.

Humay İSGƏNDƏRLİ