“Netanyahunun siyasi karyerası sona yaxınlaşır” - “Politico”

 10:29 02.11.2023     203

“ABŞ Prezidenti Co Bayden hesab edir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi karyerası sona yaxınlaşır”.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasındakı mənbəyə istinadən “Politico” qəzeti yayıb.

“Ağ Evdə Netanyahunun Baş nazir vəzifəsində sayılı günlərinin qaldığını və bir neçə ay öz postunda qala biləcəyini hesab edirlər”, - qəzet yazıb.

“Politico”, həmçinin qeyd edir ki, Bayden Netanyahu ilə söhbətində onun Baş nazir postunda gələcək perspektivlərini müzakirə edib.