İsrailə hücumda bu qədər HƏMAS döyüşçüsü iştirak edibmiş

 11:23 02.11.2023     241

Bu il oktyabrın 7-də İsrailə edilən hücumda 3 minə yaxın HƏMAS döyüşçüsü iştirak edib.

Redaktor.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

“Yenilənmiş məlumatlara görə, HƏMAS hərəkatının həyata keçirdiyi qırğında 3000-ə yaxın terrorçu iştirak edib. Onların hamısı İsrailin cənubuna soxulublar”, - deyə məlumatda bildirilib. Qeyd edilib ki, son hesablama üzrə 3000 rəqəmi yalnız silahlı terrorçuları əhatə edir, hasardakı böyük boşluqlardan istifadə edərək ölkəyə daxil olan qəzzalıların sayı bu rəqəmə daxil deyil.