İsrail artilleriyası Livanın cənubuna zərbələr endirir

 13:48 02.11.2023     238

İsrail ordusuna məxsus artilleriya şiə Hizbullah qruplaşmasının hücumlarına cavab olaraq Livanın sərhəd rayonlarını atəşə tutur.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər veri.

Düşmən Vadi Aleyk bölgəsindəki yaşayış məntəqələrinin kənarına toplardan azı 30 mərmi atıb. Bundan əlavə, Fələstin müqavimət birləşmələrinin fəaliyyət göstərdiyi Ayta əş-Şaab və Ramie kəndlərinə atəş açılıb.

ÇAXAL xəbər verir ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr cənubda yerləşən Aytarun, Blida və Mays əl-Cəbəl kəndlərinə hücum edib. Zərbələrin Hizbullahın hərbi infrastrukturunu, silah anbarlarını və atəş mövqelərini hədəf aldığı bildirilir.

Livanın cənubundakı Vazzani bölgəsində bu gün səhər saatlarında İsrailin atəşinə məruz qalan iki öldürülmüş çobanın cəsədi aşkarlanıb.

İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən sərhəd bölgələrində davam edən döyüşlərdə 49-u şiə döyüşçü olmaqla 62 nəfər həlak olub.

İsrailin hava hücumları səbəbindən 29 min insan evlərini tərk edib, əksəriyyəti qaçqınların müvəqqəti yerləşdirildiyi Nəbatiyyə və Tir şəhərlərinə köçüb.

NƏRGİZ