Bağdad əməkdaşlıq konfransı bu səbəbdən təxirə SALINDI

 15:19 02.11.2023     279

Bağdad əməkdaşlıq konfransı İsraildəki hadisələr səbəbiylə təxirə salındı.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İraq baş nazirinin müşaviri Fərhad Alaaldin deyib.

"Noyabrın sonuna planlaşdırılan üçüncü Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransı Yaxın Şərqdə baş verən hadisələrə görə qeyri-müəyyən müddətə təxirə salınıb".

Alaaldin əlavə edib ki, İraq “bütün səylərini atəşkəsə nail olmaq və Fələstin xalqına yardım göstərmək üzərində cəmləşdirir”.

Bildirək ki, Yaxın Şərq üzrə Bağdad Konfransı formatında görüşlər 2021-ci ildən keçirilir. Bundan əvvəlki görüş 2022-ci il dekabrın sonunda İordaniyanın paytaxtında keçirilib. Konfransda bir sıra ərəb liderləri və Yaxın Şərq ölkələrinin - Bəhreyn, Misir, İordaniya, İraq, İran, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Türkiyə nümayəndələri iştirak ediblər. Bundan əlavə, tədbirdə Makron və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də iştirak ediblər.

NƏRGİZ