Klyuçevskoy vulkanının püskürməsi buzlaqların əriməsinə səbəb olub
Kamçatkada vulkan püskürməsi buzlaqların əriməsinə səbəb olub.
Redaktor.az bu barədə vesti.ru-ya istinadən xəbər verir.
Kamçatkada Klyuçevskoy vulkanı səbəbindən lavanın bağladığı yolda nəqliyyatın hərəkəti bərpa olunub. Püskürmə buzlaqların əriməsinə səbəb olur. Təpənin yamaclarından palçıq və daş axınları axır. Vulkanın hərəkətliliyi yaratdığı duman səbəbindən peyklər tərəfindən izlənilir.
Vulkanoloqların proqnozlaşdırdıqları kimi, püskürmə intensivləşəcərək kül emissiyası 12 kilometr yüksəkliyə çatıb.
Qeyd edək ki, Klyuçevskaya vulkanlar qrupu ildə bir dəfə püskürür. Vulkana daha yaxın yerləşən Klyuçi kəndinin sakinləri üçün belə bir tamaşa artıq daha çox əyləncəyə çevrilib.
İnsanlar üçün yalnız kül emissiyaları təhlükə yaradır.
NƏRGİZ