"Qərbin dəstəyi yaxın həftələrdə zəifləyəcək" - İsrailin keçmiş baş naziri
Qərbin dəstəyi yaxın həftələrdə zəifləyəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Amerikanın "Foreign Policy" jurnalına müsahibəsində İsrailin keçmiş baş naziri (1999-2001) və ölkənin keçmiş müdafiə naziri Ehud Barak deyib.
"Yaxın həftələrdə İsrailə beynəlxalq dəstək dondurulacaq və yəhudi dövlətinin Qəzza zolağındakı hərəkətlərinin legitimliyi sual altında qalacaq".
Barak İsrailin məqsədini anklavda radikal Fələstin HƏMAS hərəkatının “hərbi və hökumət imkanlarını” məhdudlaşdırmaq adlandırıb. Keçmiş baş nazir əlavə edib ki, bu məqsədə yalnız hava hücumları ilə nail olmaq mümkün deyil, ona görə də Qəzzaya “minlərlə” piyadanın gətirilməsinə ehtiyac olacaq.
Onun sözlərinə görə, Qəzzada olan İsrail qoşunları girovlar məsələsi, münaqişənin genişlənməsi riski və ölkənin “sadiq olduğu” beynəlxalq hüquqa hörmət etmək zərurəti də daxil olmaqla bir neçə amili nəzərə almalıdır:
"Təcrübəmizdən bilirik ki, ümumi dəstək çox tez zəifləyəcək və bütün əməliyyatın legitimliyi şübhə altına alınacaq",- Barak deyib.
NƏRGİZ