ABŞ Çin və Honkonqdan olan 5 şirkətə qarşı sanksiya tətbiq etdi

 20:53 02.11.2023     268

ABŞ Çinin materik hissəsindən və Honkonqdan olan 5 şirkətə qarşı sanksiya tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənəddə deyilir.

Çinin materik hissəsindən sanksiyalara məruz qalan şirkətlər “Beijing Jiahehengde Technology Company Limited”, “Beijing Shangyixianda Technology Company Limited” və “China Taly Aviation Technologies Corp” şirkətləridir. Digər iki şirkət – “Bestop Globle Mfg Limited” və “Neway Technologies Limited” isə Honkonqda qeydiyyatdan keçib (report).