Fransa Qəzza sahillərinə ikinci amfibiya helikopter gəmisini göndərə BİLƏR

 22:52 02.11.2023     299

Fransa özünün ikinci amfibiya helikopter gəmisini Qəzza zolağının sahillərinə göndərmək niyyətindədir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekorn bildirib.

"Hazırda "Dixmude" helikopter daşıyıcısının yerləşdirilməsi üçün hazırlıq işləri aparılır. Gəminin üzən xəstəxana kimi işləməyə hazırlanması planlaşdırılır", - deyə Lekornu bildirib.

Yusif EYVAZLI