İsrail ordusu Qəzza şəhərini tam mühasirəyə aldı

 23:07 02.11.2023     303

“İsrail əsgərləri Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı eyniadlı sahil anklavının ən böyük şəhəri Qəzzanı tam mühasirəyə alıblar”.

Redaktor.az verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

O, axşam brifinqində deyib: “İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb. Qəzza şəhərini tamamilə mühasirəyə alıblar” (report).