ABŞ Kiyev üçün yeni yardım paketini AÇIQLAYACAQ

 23:32 02.11.2023     294

Amerika rəhbərliyi noyabrın 3-də Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Göstərilən paketə "NASAMS" hava hücumundan müdafiə sistemləri və "HIMARS" çoxlu buraxılış raket sistemləri (MLRS) üçün sursatlar daxil olacaq. Bundan əlavə, bura artilleriya mərmiləri və "ATACMS" raketləri də daxil olacaq.

Yusif EYVAZLI