Arestoviç Ukraynanı tərk etdiyini təsdiqlədi
Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ukraynanı tərk edib.
Redaktor.az xəbər verir ki, bu barədə "meduza" nəşri məlumat yayıb.
Arestoviç bildirib ki, o mühacir həyataında siyasətçi olacaq.
O bildirib ki, növbəti prezident seçkilərində müxalif partiyadan namizədliyini irəli sürəcək.
"Beləliklə, Bu oyunu buradan, xaricdən oynayacağıq", - deyə Arestoviç bildirib.
Ondan hansı ölkədə olduğunu soruşduqda "hər zaman səyahət edirəm" deyə cavab verib (apa).