İsrail Qəzzada quru əməliyyatına başlayandan bəri bu qədər hərbçi itirib

 09:23 03.11.2023     298

Qəzzada quru əməliyyatı başlayandan bəri İsrail hərbçiləri arasında ölənlərinin sayı 23-ə çatıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari daha əvvəl bildirmişdi ki, döyüşlər başlayandan bəri yəhudi dövlətinin 300-dən çox əsgəri həlak olub.

Humay İSGƏNDƏRLİ