İsrail bir neçə cəbhədə döyüşmək üçün bu qədər pul xərcləyib - KİV

 09:38 03.11.2023     397

İsrail bir neçə cəbhədə döyüşə hazırlaşmaq üçün aktiv şəkildə bombalar, raketlər, pilotsuz uçuş aparatları və digər silahlar alır.

Redaktor.az bu barədə "Ynet" portalına istinadən xəbər verir.

"İsrail həm hərbi sənaye kompleksinin, həm də xarici dövlətlərin istehsal etdiyi silahların alınmasına artıq 1,5 milyard dollara yaxın vəsait xərcləyib. Təhvil verilmiş nümunələrin bəziləri artıq döyüş meydanında, eləcə də arxa müdafiəni təmin etmək üçün istifadə olunur.

İsrail Müdafiə Nazirliyinin Silah və Texnoloji İnfrastruktur İnkişafı İdarəsi müdafiə qabiliyyətini gücləndirmək üçün tədbirlərin hazırlanmasına 750 milyon dollardan çox sərmayə qoyub. Ölkədə 651 sənaye obyekti hərbi vəziyyətə gətirilib".

Bundan əlavə, minlərlə yük maşını və minik avtomobili hərbi istifadə üçün rekvizisiya edilib.

NƏRGİZ