Qazaxıstan humanitar dəhlizlərin açılmasını tələb etdi
"Qazaxıstan Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatdır və Qəzza zolağında yaşayanlar üçün humanitar dəhlizlərin açılmasını tələb edir".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Rəhbərləri Şurasının iclasında respublika baş nazirinin müavini Murat Nurtleu deyib.
Onun sözlərinə görə, münaqişə tərəfləri əsas diqqəti sülh danışıqlarına yönəltməlidir.
Həmidə İBRAHİMLİ