Tailand bu ölkələrdən kömək gözləyir
Tailand Qəzza zolağında radikal HƏMAS qruplaşmasının yaraqlıları tərəfindən əsir götürülən vətəndaşlarının azad edilməsində Qətər, İran və Misirin vasitəçilik səylərinə ümid edir.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Üç dost ölkənin nümayəndələri ilə müzakirələr zamanı baş nazirin müavini Tailand vətəndaşları da daxil olmaqla, bütün əcnəbi girovların dərhal azad edilməsinin asanlaşdırılmasına dəstək istəyib. Hər üç ölkə taylandlıların günahsız olması və münaqişə ilə heç bir əlaqəsi olmadığını qəbul edib", - XİN-dən bildiriblər.
Həmidə İBRAHİMLİ