İsrail ordusu HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail ordusu HƏMAS-ın daha bir komandirini məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, Qəzza zolağında HƏMAS-ın "Sabra Təl əl-Hava" batalyonunun komandiri Mustafa Dalul öldürülüb.
O, son illərdə HƏMAS-ın batalyonunda və Qəzza şəhərinin briqadasında bir sıra vəzifələrdə çalışıb.
Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.