Yunanıstanda zəlzələ torpaq sürüşməsinə səbəb oldu

 14:00 03.11.2023     325

Yunanıstanda güclü zəlzələnin fəsadları aradan qaldırılır. 5,2 bal gücündə baş verən zəlzələ Evia adasındakı Rus İohann kilsəsinin yaxınlığındakı mağazaların şüşələrini zədələyib.

Redaktor.az bu barədə eviaonline.gr portalına istinadən xəbər verir.

Bəzi ərazilərdə sürüşmə də baş verib.

"Məktəblərdə dərslər müvəqqəti dayandırılıb. Təhsil prosesi səlahiyyətlilərin qərarı ilə bərpa olunacaq", - məlumatda deyilir.

Zəlzələ səhər saatlarında baş verib. Episentr Afinadan təxminən 80 kilometr aralıda, beş-on kilometr dərinlikdə yerləşir.

7 dəqiqə sonra 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, ölkədə bundan əvvəl oktyabrın 25-də zəlzələ baş verib ki, təkanlardan Yunanıstan paytaxtının şimal ətrafı zərər çəkib.

NƏRGİZ