Erməni deputat mandatından imtina etdi
Ermənistan parlamentinin “Hayastan” adlı müxalifətdə olan fraksiyasının üzvü Gerasim Vardanyan deputat mandatından imtina etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.
“Mərkəzi Seçki Komissiyasına noyabrın 2-də deputat mandatından imtina etdiyimə dair ərizə verdiyimi bildirmək istərdim”, - Gerasim Vardanyan vurğulayıb.
Deputat Daşnaksütyun Partiyasının üzvüdür və mənsub olduğu siyasi təşkilatın rəhbərliyinin onun qərarını anlaşma ilə qarşıladığını söyləyib.