İlon Maskdan süni intellektin təhlükələri barədə XƏBƏRDARLIQ
Sahibkar İlon Mask süni intellektin (AI) təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə süni intellektlə bağlı qlobal konfransda danışan Mask süni intellektin bəşəriyyətə fayda verməli olduğunu deyib.
"Süni intellektin yaxşılıq üçün gücə çevrilməsi ehtimalı var", - deyə İlon Musk bildirib.
Bununla belə, SpaceX və Tesla-nın yaradıcısı süni intellektin “şər qüvvəsinə” çevrilmə ehtimalının sıfıra bərabər olmadığını vurğulayıb. Musk süni intellektni insanın bütün istəklərini dərhal yerinə yetirən nağıllardakı sehrli cinlə müqayisə edib.
"Adətən belə nağılların sonu pis bitər", - deyə Mask yekunlaşdırıb.
Yusif EYVAZLI