Rusiya Estoniya ilə sərhəddə keçid məntəqəsini BAĞLADI

 21:22 03.11.2023     379

Leninqrad vilayəti ilə Estoniya sərhədindəki İvanqorod avtomobil yük və sərnişin keçid məntəqəsi 2024-cü il fevralın 1-dən nəqliyyatın hərəkəti üçün bağlanacaq. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

“Rusiya Federasiyasının dövlət sərhədindən keçən “İvanqorod” (Leninqrad vilayəti) avtomobil yük və sərnişin buraxılış məntəqəsi (onun piyada hissəsi istisna olmaqla) 2024-cü il fevralın 1-dən yenidənqurma müddətinə müvəqqəti olaraq bağlansın”, - sənəddə deyilir.

Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Estoniya tərəfini xəbərdar etmək tapşırılıb. 

Yusif EYVAZLI