Avropa Komissiyasının rəhbəri Kiyevə gedir

 09:06 04.11.2023     268

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın 4-də, şənbə günü Kiyevə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın “Strana” nəşri Ukrayna hökumətindəki mənbəyə istinadən xəbər verib. Bildirilib ki, səfər zamanı ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması ilə əlaqədar heç bir açıqlama verilməyəcək.

Qeyd edək ki, Ali Radanın deputatı Aleksey Qonçarenko cümə günü Avropa Komissiyasının rəhbərinin Kiyevə Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması ilə bağlı “Ukrayna üçün müsbət xəbər”lə gələcəyini deyib.

Lakin “Strana”nın mənbəsinin sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlardan danışmaq hələ tezdir, ilk növbədə tövsiyələrin icrasına müsbət qiymət verilməlidir.