Vaşinqton polisi 52 nəfəri SAXLADI

 09:34 04.11.2023     428

ABŞ-ın Vaşinqton şəhərində senatorların ofislərində 50-dən çox etirazçı saxlanılıb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, Vaşinqton polisi Qəzzada atəşkəs tələbi ilə toplaşan 52 nəfəri saxlayıb.

Fələstin bayraqları dalğalandıran etirazçılar senatorların ofisinə daxil olublar.

Bundan əvvəl, oktyabrın 18-də ABŞ-da Fələstin tərəfdarı olan 300-dən çox nümayişçi döyüşlərin dayandırılmasını tələb edərək və şüarlar səsləndirərək konqres binalarından birinə soxulub. Hadisə yerinə gələn polis etirazçıları dağıtmağa çalışıb. Nəticədə polis əməkdaşına hücum edən 3 nəfər saxlanılıb.

Həmidə İBRAHİMLİ