Çirkli pulların yuyulmasında təqsirləndirilən məşhur cütlüyə 40 səhifəlik SUAL
Polis bölməsində sorğusu tamamlanan türkiyəli məşhur cütlük Dilan və Engin Polat cütlüyü Anadolu Ədliyyəsinə göndərilib.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, aralarında Engin Polat və Dilan Polatın da olduğu şübhəlilər haqqında Anadolu Baş Prokurorluğu tərəfindən “Çirkli pulların yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması və futbolda mərc və qumar oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladılıb.
Polis qruplarının 4 günlük ifadə alma prosesində Dilan Polata 26 səhifə, Engin Polata isə 40 səhifə sual verdiyi öyrənilib.
Humay İSGƏNDƏRLİ