8-i uşaq olmaqla 38 nəfər sərnişini olan avtobus magistral yolda YANDI

 09:46 04.11.2023     664

Dağıstanın Babayurt rayonunda avtobus yolda yanıb.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, avtobusda 8-i uşaq olmaqla 38 nəfər olub.

Hadisə yerinə 18 xilasedici və 4 texnika cəlb olunub.

Həmidə İBRAHİMLİ