ABŞ məhkəməsi Trampa qarşı qoyulan bu qadağanı LƏĞV ETDİ

 09:53 04.11.2023     304

ABŞ məhkəməsi Donald Trampa qarşı qoyulan nitq qadağasını müvəqqəti olaraq ləğv edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ABŞ-ın Federal Apellyasiya Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı qoyulan məhdudiyyətləri müvəqqəti olaraq ləğv edib.

Qərar ötən gün qəbul edlib. 

Sərəncama əsasən, Trampa 2020-ci il prezident seçkilərinin əsaslı şəkildə dəyişdirilməsi ilə bağlı işdə iştirak edən şahidlər, prokurorlar və məhkəmə rəsmiləri haqqında danışmaq qadağan edilmişdi.

Hakim vurğulayıb ki, məhdudiyyətlərin götürülməsi heç bir halda Trampın bəyanatının mahiyyəti üzrə qərar kimi şərh edilməməlidir.

Humay İSGƏNDƏRLİ