Xersonda PARTLAYIŞ

 10:03 04.11.2023     321

Kiyevin nəzarətində olan Xersonda partlayışlar baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşri Telegram-da məlumat yayıb.

Qeyd olunur ki, şəhər və rayonda hava hücumu xəbərdarlığı elan edilməyib. Hadisənin təfərrüatları barədə məlumat verilmir, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Noyabrın 1-də Xersonda bir neçə partlayış baş verib. Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko sakinləri açıq məkanda qalmamağa və təhlükəsiz yerlərə köçməyə çağırıb.

Bir gün əvvəl Mroçko Xersondakı anbarlara dəyən ziyanı açıqlamışdı. Onun sözlərinə görə, zərbə şəhərin mərkəzinə dəyib.

NƏRGİZ