“Deməli, biz qalib gələcəyik!” - Medvedev

 11:55 04.11.2023     255

Ümumi düşmən qarşısında xalqın birliyi bütün dövrlərdə Rusiya dövlətinin əsasını təşkil edib.

Redaktor.az vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Milli Birlik Günü ilə bağlı öz Teleqram kanalında qeyd edib.

Medvedev qeyd edib ki, müxtəlif xalqlara və dinlərə qarşılıqlı hörmət, millətlərarası sülh, ümumi düşmən qarşısında birlik həmişə Rusiya dövlətinin əsasını təşkil edib. Bütün dövrlərdə şər və nifrət səpmək, insanları parçalamaq, Rusiyanı parçalamaq istəyənlərin sayı çox olub. Düşmənlər əsrlər boyu Rusiyaya hücum edir, Rusiya dövlətçiliyini daxildən və xaricdən məhv etməyə çalışırlar.

Yalnız rusların - pravoslavların, müsəlmanların, yəhudilərin və buddistlərin çoxəsrlik müdrikliyi Rusiya torpağında şərin hökm sürməsinə imkan vermədi və verməyəcək. “Deməli, biz qalib gələcəyik!” - Medvedev deyib.

NƏRGİZ