Beş ərəb nazir Blinkenlə görüşdü
Bu gün günorta saatlarında Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin Əmmanda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü baş tutub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, danışıqlar başlamazdan əvvəl İordaniyanın baş nazirinin müavini, xarici işlər və miqrantlarla iş üzrə naziri Əyman əs-Səfadi amerikalı diplomatla ikitərəfli söhbət edib.
İordaniya baş nazirinin müavini noyabrın 3-də bir televiziya kanalına bildirib ki, Blinkenlə görüşdə nazirlər “dərhal atəşkəs və Qəzzaya humanitar yardımın təcili çatdırılması ilə bağlı ərəb mövqeyini bir daha bəyan edəcəklər.
NƏRGİZ