Bolqarıstanda qasırğa nəticəsində iki nəfər öldü

 21:55 04.11.2023     275

Bolqarıstanın şimal-şərqində payız fırtınaları iki nəfərin ölümünə səbəb olub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Şumen şəhəri ərazisində güclü külək və leysan yağışlar binaların uçmasına səbəb olub. Tornado İsperih şəhərinin ərazisində müşahidə olunub, burada 150-dən çox bina damsız qalıb, yerli hakimiyyət fövqəladə vəziyyət elan edib.

Bolqarıstanın bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Güclü yağış daşqınlara səbəb olub. Xilasetmə qrupları fəsadları aradan qaldırmağa davam edir. Sinoptiklərin proqnozlarına görə, yaxın saatlarda Bolqarıstanda hava şəraiti normallaşacaq.

Yusif EYVAZLI