Almaniyada polis “qıtlığı” yaşanır

 23:34 04.11.2023     291

Almaniya polisinin həmkarlar ittifaqı Fələstinə dəstək aksiyalarının sayının artması fonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarının kifayət qədər şəxsi qüvvəsinin olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə həmkarlar ittifaqının saytında dərc olunan məlumatda deyilir.

Həmkarlar İttifaqından qeyd ediblər ki, əməliyyat xidmətlərinin yükü pik həddə çatıb. “Həmkarlarımız mənəvi və fiziki cəhətdən tükəniblər. Biz öz gücümüzlə bunun öhdəsindən gələ bilmirik, Almaniya hökuməti və federal torpaqların hakimiyyət orqanlarından təkcə bu həftə sonu deyil, həm də 9 və 18 noyabr tarixlərində dəstək istəyirik”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, son həftələrdə bütün Almaniya ərazisi üzrə Fələstin-İsrail münaqişəsi ilə bağlı keçirilən mitinqlərdə 1,2 mindən çox müxtəlif növ qanun pozuntusu qeydə alınıb (report).